“Hakim penaltini verməyə bilərdi”.
BUTA.TV-nin məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov CBC telekanalına deyib. “Epizod rəqibin qapısında olsaydı, inanmıram ki, penalti verərdilər. Hakimlər komandaların səviyyə fərqini də düşünməlidir, bir az alicənab olmalıdırlar. Deyəcək bir şey yoxdur”, - deyə o qeyd edib.
Qeyd edək ki, “Qarabağ” güclü rəqibi "Bayer 04" ilə başabaş mübarizə apardığı matçın yalnız 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb - 1:0.
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar