“Qarabağ”ın “Bayer”ə məğlubiyyətində Maksim Medvedevin günahlandırlması azarkeş hisslərinin təzahürüdür”.
Bu sözləri açıqlamasında tanınmış idman jurnalisti, Aut.az saytının baş redaktoru Natiq Muxtarlı deyib. Müsahibimiz ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində Bakıda baş tutan “Qarabağ” 0:1 “Bayer 04 Leverkusen” oyununda komandamızın müdafiəçisi Maksim Medvedevin səhvindən sonra qapımıza təyin olunan penaltidən söz açıb.
Xatırladaq ki, oyunun sonlarına qədər Levekuzen təmsilçisini Bakıdan 1 xalla göndərmək niyyətində olan “köhlən atlar” son dəqiqələrdə M. Medvedevin cərimə meydançasında topa əllə müdaxiləsi nəticəsində qapısında 11 metrlik cərimə zərbəsi görüb.
Qeyd edək ki, 90+4 dəqiqədə almanların heyətində Viktor Bonifeysin hesabı açması nəticəsində “Bayer” 12 xalla 8/1-i qarantiya edib. Ağdam təmsilçisi isə 6 xalla ikinci yerdə qərarlaşıb. “Qarabağ” növbəti mərhələdə dekabrın 1-də “Molde” səfərinə yollanacaq. Daha sonra komandamız dekabrın 14-də evdə İsveç çempionu “Hacken”i qəbul edəcək.
Oyunla bağlı fikirlərini söyləyən N. Muxtarlının hesab edir ki, məğlubiyyətdən sonra yaranan hisslər hər yerdə belədir və azarkeş məğlubiyyətə görə kimisə günahlandırmalıdır:
“Özü də belə məğlubiyyətə görə. Son dəqiqə, qol epizodunun olmadığı məqam və Maksimin illərin təcrübəsinin əksinə olaraq əlləri açıq halda mübarizəyə qalxması. Amma buna görə Maksimi “xain” də çıxarmaq düzgün deyil. Futbolda saysız-hesabsız penaltilər olur. Hər biri də hansısa futbolçunun səhvi ucbatından baş verir. Sadəcə, Maksim meydana yeni daxil olduğu üçün oyunun ağırlığına adaptasiya ola bilmədi. O, daha soyuqqanlı olmalı idi. Görünür, son vaxtlar az oynaması onun performansına təsir edib”.
Müsahibimiz əmin edib ki, komandamızın “Bayer”ə uduzması acınacaqlı məğlubiyyətdir:
“Ona görə də azarkeşlərin qəzəbli olması başadüşüləndir. Bu qəzəbi də kiminsə üzərinə tökməlidirlər. Bəlkə də oyun ərzində “Qarabağ”ın yeganə səhvi də məhz bu epizod idi ki, o da qolla nəticələndi. Bu səhvi də Maksim etdi. Deməli, tənqid olmalıdır. Amma emosiyalar səngiyəndən sonra bunun futbolun bir hissəsi olduğunu hər kəs qəbul edəcək. Futbol həm də səhvlər deməkdir. Qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu və hətta məşqçi və hakim səhvləri...”
- Tarixi saxtalaşdırmaq üçün Kərkicahanda nə ediblər? - Video
- Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi
- Bu müharibənin sülhlə ədalətli həlli yoxdur!
- Yaş həddi 70 idisə, 77 yaşlı hakim vəzifədə necə qalıb?
- Tərtər sakininin kartından 15,580 min manat oğurlandı
- Bakının Suriyada fəallaşması: Uğurlu fürsət... - Kaleci
- Tramp İlham Əliyevə məktub göndərdi
- İsrail və Türkiyə Azərbaycanda razılığa gəldi