"Müxtəlif hesabatlardan və kəşfiyyat mənbələrindən əldə etdiyimiz məlumata görə, ötən il İstanbulda ruslar və ukraynalılar arasında razılaşma əldə olunub. Lakin ukraynalılar bunu amerikalıların göstərişi ilə imzalamayıblar".
BUTA.TV xəbər verir ki, bu sözləri Macarıstanın baş naziri Viktor Orban deyib. Baş nazir bu məlumatın bir gün məlum fakta çevriləcəyini iddia edib.
Ukraynanın şərqindəki böhranın ABŞ-ın hadisəyə qarışması ilə böyüdüyünü vurğulayan Orban müharibədə cəbhəyə göndərilən əsgərlərin sayına, silah-sursata və hərbi yardım üçün xərclənən vəsaitə diqqət çəkib:
"Macarıstan Ukraynaya silah transferini dəstəkləməyib. Mən, həmçinin macar vergi ödəyicilərinin pullarından Ukrayna ordusuna silah almaq üçün istifadə edilməsinin tərəfdarı deyiləm".
Macar lider Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarına başlamaq təklifinə də qarşı çıxıb.
Macarıstanın bu mövzuda mövqeyinin aydın olduğunu bildirən Orban deyib: “Ukrayna heç bir şəkildə Aİ-yə üzvlüklə bağlı danışıqlara hazır deyil. Macarıstanın mövqeyi aydındır. Danışıqlar əsla başlamamalıdır".
Qeyd edək ki, dekabrın ortalarında Aİ liderlərinin Ukraynanın birliyə rəsmi olaraq dəvət edilməsi ilə bağlı qərar verəcəyi gözlənilir.
- Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi