Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Elsun Habil oğlu Bəndəliyevin odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Tərtər hərbi prokurorluğuna məlumat daxil olub.
BUTA.TV xəbər verir ki, daxil olmuş məlumat əsasında Tərtər hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.
Fakt üzrə Tərtər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...
- Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...
- Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident
- Orban İlham Əliyevi təbrik etdi
- Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi
- Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi