Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbət hələ Rusiya Prezidenti Vladimir Putinin cədvəlində yoxdur. Lakin bu cür ünsiyyət adətən saatlar ərzində razılaşdırılır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. “Prezidentin cədvəlində hələ belə bir söhbət yoxdur. Amma bizimlə Türkiyə arasında ən yüksək səviyyədə danışıqlar sözün əsl mənasında saatlar ərzində əlaqələndirilir, ona görə də burada heç bir problem yaranmayacaq”, - o bildirib.
Peskov qeyd edib ki, bu cür danışıqların gündəliyi həmişə genişdir:
“Bu, Rusiya-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı çox geniş spektrli məsələlərlə bağlıdır”.
Qeyd edək ki, “RİA Novosti” öz mənbələrinə istinadla Ərdoğanın bu gün Putinlə telefon danışığı aparacağı haqda məlumat yayıb.
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi
- Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi
- Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video
- Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto
- Prezident və xanımı Xankəndidədir
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?