Əliyev ATƏT PA-nın prezidenti Pia Kaumaya bildirib ki, regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı və hərbi təcavüzü kontekstində nəzərdən keçirilməlidir: “Bu işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz”.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.
“Bakı İrəvana qarşı təzminat məsələsini sülh müqaviləsinin şərtlərindən biri olaraq irəli sürə bilər. Bu, Ermənistan üçün, həm də müqavilənin imzalanmasını çətinləşdirə biləcək şərtdir, lakin İrəvanın Zəngəzur dəhlizinə dair öhdəliyini yerinə yetirməməsi sülh sazişini onsuz da sual altına salır. Naxçıvana çıxışı İran üzərindən aktuallaşdıran Azərbaycan isə bu vəziyyətdə Ermənistan qarşısındakı tələblərini daha da sərtləşdirə bilər”.
- Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - Video
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Bəzi avtobuslar bu dayanacaqlarda saxlamayacaq
- Sürücülərin nəzərinə: Bu yol bağlanır!
- Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı
- Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
- Kəlbəcər-Laçın yolu belə inşa edilir - Video
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi