ABŞ-da yaşayan və qarışıq döyüş növündə (MMA) UFC-də (Mütləq Döyüş Çempionatı) Azərbaycanı təmsil edən həmyerlimiz Nazim Sadıxov Nyu-Yorkda tarixi döyüşə imza atıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Nyu York şəhərində "Madison Square Garden"da keçirilən üç raundluq oyunda N.Sadıxov rəqibi rusiyalı idmançı Borşev Vyaçeslavlə üz-üzə gəlib.
İlk raundda 29 yaşlı N.Sadıxov ağır zərbələrlə rəqibini bir neçə dəqiqəlik nokdaun edib. Üçüncü raundda rusiyalı döyüşçü xüsusi fəndlə yarışda üstünlük əldə edib.
Sonda hakimlər döyüşün nəticəsini heç-heçə elan ediblər və yarışın qalibi olmayıb.
Gərgin mübarizə şəraitində keçən oyunun sonunda hər iki idmançı qarşılıqlı “Tərəkəmə” rəqsi oynayıblar. İdmançıların rəqsləri böyük maraqla izlənib. "Gecənin döyüşü"(“Fight of the night”) adı verilən yarış UFC-nin "ən yaxşı şou"su elan olunub 50 000 ABŞ dolları gəlir əldə edib.
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib