Ermənistan rəhbərliyinə müqavilələri kağız üzərində yekunlaşdırmağa nəyin mane olduğunu çox yaxşı bilirik. Bu, qərbli dostlarının məsləhətidir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. Zaxarova vurğulayıb ki, üç ölkə liderinin 2021-ci ilin yanvarında başlatdığı kommunikasiyaların blokdan çıxarılması prosesi hələ də başa çatmayıb:
"İrəvan ABŞ və Avropa Birliyinin məsləhəti ilə hərəkət edərək gələcək regional konfiqurasiyadan kənarda qalmaq riski ilə üzləşir".
Zaxarova qeyd edib ki, Vaşinqton və Brüssel dəfələrlə müəyyən proseslərdə “qarant” kimi çıxış etsə də, heç vaxt uğur əldə etməyib:
“Biz yalnız konkret marşrutun yaradılmasının deyil, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə blokdan çıxarılmasının tərəfdarıyıq".
Rusiya XİN sözçüsü Üçtərəfli İşçi Qrupun işinin İrəvanda heç bir şikayətə səbəb olmadığını vurğulayıb.
- Azərbaycan nümayəndə heyəti İrəvanda
 - Ermənistan Azərbaycan vasitəsilə bu ölkələrə açılır
 - Əsas çətinlik yeni reallıqla barışmaqdadır
 - Xıdır Rəhmanov və xanımı Moskvada narkotiklə saxlanıldı
 - Bakıda hərbi paradda yeni Rusiya silahı?.. - İddia yayıldı
 - Ramiz Mehdiyevin Qəbələdəki gülləkeçirməz villası... - Video
 - Paşinyan açıqladı: Rusiya bundan sonra...
 - Ermənilərin Qarabağa qayıtması riskdir - Paşinyan