İngiltərə Premyer Liqasına pis başlayan “Chelsea” Roman Abramoviç dövrü ilə bağlı araşdırma ilə üzləşib.
BUTA.TV “The Guardian”a istinadla xəbər verir ki, Abramoviçin dövründə bəzi ödənişlərdə Maliyyə “Fair Play” qaydalarını pozması klubu cəza ilə üzləşdirə bilər. Cəzaların xalların çıxılmasına qədər gedə biləcəyi gözlənilir. İddialara görə, maliyyə fırıldaqları Azar, Villian və Samuel Eto’o-nun transfer sövdələşmələrinə aiddir.
Abramoviçin fəaliyyəti ilə bağlı “natamam maliyyə məlumatları” aşkar edildikdən sonra fayllar “Chelsea”nin yeni sahibləri tərəfindən könüllü olaraq təhvil verilib və bu, UEFA tərəfindən 11 milyon dollar cərimə ilə nəticələnib.
“Chelsea”nin bu prosesdə FFP qaydalarını pozduğu müəyyən olunarsa, Premyer Liqa rəhbərliyi London komandasına cəza tətbiq edə bilər.
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı