“Azərbaycan futbolu üçün önəmli oyunlardan biri oldu. Hər kəsi təbrik edirəm”.
BUTA.TV xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib. O, Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsində İsveçə 3:0 qalib gəldiyi oyundan sonra danışıb. R.Abdullayev həmçinin baş məşqçi Canni De Byazinin vəzifədə qalıb-qalmayacağı ilə bağlı suala da cavab verib:
“Bu artıq dönüşdü. Çempionat da maraqlı keçir. De Byazinin qalıb-qalmayacağını müzakirə etmək İcraiyyə Komitəsinin işidir. Onun fatihəsini verincə, gəlin motivasiya edək Belçikada da qələbə qazansın”.
AFFA prezidenti Belçikadakı nəticənin De Byazi üçün həlledici olacağını bildirib. R.Abdullayev mart ayında baş tutacaq AFFA prezidenti seçkilərində yenidən federasiya rəhbəri olacağı ilə bağlı suala isə belə cavab verib:
“Ona baxarıq, hələ o vaxta kimi yaşamaq lazımdır”.
- Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Bakıda su niyə yoxdur? – ADSEA-dan açıqlama
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar