Türkiyə polisi İstanbulda keçirdiyi əməliyyat nəticəsində beynəlxalq narkotik kartelinin Qərbi Balkan qanadının liderlərindən birini saxlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya X səhifəsində yazıb.
“İnterpol, bir sıra Avropa ölkələri və Braziliya tərəfindən axtarışda olan Xorvatiya vətəndaşı Kristian Paliç “Kartel 3” əməliyyatı çərçivəsində İstanbulun Beşiktaş rayonunda saxlanılıb. Onun daxil olduğu cinayətkar qruplaşma Cənubi Amerikadakı cinayət təşkilatları ilə əlaqələr qurub və Avropaya kokain tədarükündə və narkotik qaçaqmalçılığından əldə edilən pulların yuyulmasında mühüm rol oynayır”, - nazir bildirib.
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı
- 8 avqust sülhün siyasi simvoludur
- “Tramp Ermənistan və Azərbaycan arasında sülhü təmin etdi” - Marko Rubio
- “Azərbaycan Vaşinqton üçün daha dəyərli strateji tərəfdaşa çevrilib”
- Bakıda əməliyyat: qadın saxlanıldı - Vİdeo
- Kanalda batan Aminin - Fotoları
- 16 yaşlı qız evində ölü tapıldı