Parisin PSJ komandasının və Fransanın futbol üzrə millisinin hücumçusu Kilian Mbappe bildirib ki, argentinalı hücumçu Lionel Messi Fransa klubuna keçərək oyununu dəyişib.
“Report”un məlumatına görə, bu barədə “90min” bildirib. “Mən Messi ilə oynadım, o, misalçün öz oyununu dəyişdi. PSJ-də o, “Barselona”dakı kimi oyunçu deyildi. Bu, ona Dünya Kubokunu, kollektiv və fərdi titulları qazanmağa imkan verdi”, - Mbappe bildirib.
Messi 2003-2021-ci illərdə "Barselona" komandasında çıxış edib. Hər iki tərəfin istəyinə baxmayaraq, İspaniya çempionatının rəhbərliyi tərəfindən qoyulan maliyyə məhdudiyyətləri səbəbindən yeni müqavilə bağlanmayıb. Buna görə də argentinalı azad agent oldu. İspaniya komandasının tərkibində Messi on dəfə İspaniya çempionatının, yeddi dəfə İspaniya Kubokunun və dörd dəfə Çempionlar Liqasının qalibi olub.
Hücumçu iki il PSJ-də oynadıqdan sonra 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk kuboku - Liqa Kubokunu qazanıb.
Messi 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub.
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar