Xəbər verdiyimiz kimi, ötən gün millinin baş məqşçisi De Byazinin Azərbaycan jurnalistlərini təhqir etdiyi üçün AFFA onun əvəzindən üzr istəmişdi.
BUTA.TV xəbər verir ki, De Byazi Belçikaya qarşı oyunda 5:0 məğlubiyyətdən sonra keçirdiyi mətbuat konfransında bu təhqirləri səsləndirib. Belə ki, ona “Azərbaycandan gedəndə azərbaycanlı jurnalistlər üçün darıxacaqsınızmı” sualı ünvanlanıb.
Byazi isə cavabında deyib:
“Təbii ki, yox. Mən heç vaxt belə axmaq jurnalistlərlə rastlaşmamışam. Onlar sadəcə olaraq axmaqdırlar. Heç nə edə bilmirlər və axmaq suallar verirlər. Avstriya, İsveç və Belçika ilə ev oyunlarımızı tamamilə unudublar. “Fiat” ilə “Ferrari”ni ötmək mümkün deyil. Bu mənim günahım deyil. Bu seçki turunda biz gözlədiyimizdən də çox şeyə nail olduq. Əgər Belçikada “Ferrari” keyfiyyətinə malik komandaya qarşı oynasanız, “Fiat”ınız varsa, qalib gələ bilməzsiniz”.
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar