Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun kapitanı Kriştiano Ronaldonun Ər-Riyad şəhərində muzeyi açılıb.
Bununla bağlı məlumatı futbolçunun özü sosial şəbəkədə yayıb. 38 yaşlı portuqaliyalı futbolçu karyerasının ən mühüm anlarını əks etdirən ən müasir qalereyanın yer aldığı muzeyi ilk ziyarət edənlərdən olub. Muzeyin təqdimatı Səudiyyə Ərəbistanı çempionatında Ronaldonun daha bir parlaq oyunundan sonra baş tutub. Belə ki, “Əl-Nəsr” komandası “Əl-Oxdodu” 3:0 hesabı ilə məğlub edib. Portuqaliyalı forvard isə dubl edib.
Bu performans Kriştianoya parlaq karyerasında daha bir rekord vurmağa kömək etdi. O, 2023-cü ildə Əl Nəsr və Portuqaliya üçün 48 qol və 13 məhsuldar ötürmə ilə 60+ xal həddinə çatıb. Ronaldo tarixində 10-cu dəfə bu rekorda imza atıb.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video