Azərbaycan Premyer Liqasında XIV tur davam edir.
BUTA.TV xəbər verir ki, bu gün “Neftçi” doğma arenasında “Araz-Naxçıvan”la üz-üzə gəlib.
“Neftçi Arena”da baş tutan matçda hesabı 41-ci dəqiqədə meydan sahibləri açıblar. Müdafiəçi Yuri Matias növbəti qolunu vurub. Lakin “ağ-qaralar” üstünlüyü son dəqiqələrdə əldən verib. Orxan Əliyev 90+3-cü dəqiqədə başla dəqiq oynayaraq, komandasına 1 xal qazandırıb.
Beləliklə, oyun 1-1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra 5-ci pillədəki “Araz-Naxçıvan” xallarının sayını 21-ə, ondan bir addım geridə olan “Neftçi” isə 19-a çatdırıb.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video