Azərbaycan Premyer Liqasında XIV tur davam edir.
BUTA.TV xəbər verir ki, bu gün “Neftçi” doğma arenasında “Araz-Naxçıvan”la üz-üzə gəlib.
“Neftçi Arena”da baş tutan matçda hesabı 41-ci dəqiqədə meydan sahibləri açıblar. Müdafiəçi Yuri Matias növbəti qolunu vurub. Lakin “ağ-qaralar” üstünlüyü son dəqiqələrdə əldən verib. Orxan Əliyev 90+3-cü dəqiqədə başla dəqiq oynayaraq, komandasına 1 xal qazandırıb.
Beləliklə, oyun 1-1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra 5-ci pillədəki “Araz-Naxçıvan” xallarının sayını 21-ə, ondan bir addım geridə olan “Neftçi” isə 19-a çatdırıb.
- Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq
- İki azyaşlı erməni Azərbaycan ərazisinə keçdi
- Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir
- Trampın anonsu: Putin necə qisas alacaq? – Markov
- Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert
- Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?
- “Melissa Group”un vətəndaşın başına uçurduğu ev sökülür
- Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok