Norveçdə yaxşı oyun sərgiləyib, uğurlu nəticə ilə dönmək istəyirik.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Molde" klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunu ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
51 yaşlı mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:
"Matça hazırlığımız pis keçmədi. Hər şey qaydasındadır. Oyun günü son məşqimiz olacaq. Qarşılaşmaya hazırlığı da o zaman bitirəcəyik. İnanıram ki, uğurlu oyun alınar. Yəqin ki, rəqib də eyni fikirdədir. Onların da böyük şansı var. Məncə, meydanda ciddi mübarizə gedəcək. "Molde"nin evdə oynayacağını da nəzərə alırıq. Üstəlik, meydanları süni örtüklüdür. Yenə də öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Bunu bacarıb-bacarmayacağımızı oyunda biləcəyik".
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək "Molde"-"Qarabağ" matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video