"Sumqayıt" klubunun futbolçusu Kristian Velinovski bu gün əməliyyat olunacaq.
BUTA.TV xəbər verir ki, onun Azərbaycan Kubokunun II təsnifat mərhələsində keçirilən "Lerik" - "Sumqayıt" oyununun 23-cü dəqiqəsində ayağı sınıb.
Xəstəxanaya yerləşdirilən yarımmüdafiəçinin hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı əməliyyatdan sonra dəqiq bilinəcək.
Qeyd edək ki, "Lerik" - "Sumqayıt" görüşü ikincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı
- Bakıda çimərliyə neft sızdı - "Azneft"dən açıqlama
- ABŞ blokadası bitdi - İlk konteyner gəmisi İranda
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video