Ən parlaq braziliyalı cütlüklərdən biri - “Əl-Hilal” klubunun futbolçusu Neymar və model Bruna Byankardinin ayrıldıqları məlum olub.
Braziliyalı model bu barədə yayılan xəbərləri təsdiqləyib. Byankardi bununla bağlı şəxsi bloqunda paylaşım edib. Bruna Byankardi Neymarla ayrılığının səbəbini açıqlamasa da, bunun futbolçunun xəyanəti ilə bağlı ola biləcəyi ehtimal edilir. Bruna dəfələrlə Neymarı xəyanətdə ittiham edib və bu səbəbdən böyük qalmaqallar yaranıb.
“Bu şəxsi məsələdir, lakin hər gün mənimlə bağlı xəbərlər, fərziyyələr və zarafatlar yayıldığı üçün sizə bildirirəm ki, hazırda şəxsi münasibətim yoxdur. Biz Mevinin valideynləriyik və bu, bizi birləşdirən tək şeydir. Ümid edirəm ki, müzakirələr azalacaq. Təşəkkür edirəm”, - deyə Bruna Byankardi bildirib.
Xatırladaq ki, Neymar və Byankardinin birlikdəliyi haqqında 2022-ci ildə məlum olub. Bu ilin oktyabr ayının əvvəlində keçmiş sevgililərin Mevi adlı qızı dünyaya gəlib. Həmçinin futbolçunun əvvəlki münasibətindən 2011-ci ildə doğulan bir oğlu da var.
- Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır - Əli Əhmədov
- Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü
- Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?
- Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi
- Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev
- Sülh sazişinin paraflanması... - Prezident
- Bakıda mühüm forum keçirilir
- Tramp və Putinin Avropanı şoka salan gizli sövdələşməsi...