Moskvada yəhudi əsilli azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus “Sadovod” bazarında yanğın baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, “Sadovod”un ərazisi qatı boz-qara tüstüyə bürünüb:
“Bazar yerində yanğınsöndürmə və xilasedicilər işləyir. Yanğın alış-veriş pavilyonlarında baş verib. Ziyarətçilər və işçilər təxliyə edilir”.
Qeyd edək ki, bu, “Sadovod” ərazisində baş verən ilk yanğın deyil. Bu ilin iyun ayında orada üç ticarət pavilyonu yanıb.
- Azərbaycanlı şagirdlər Olimpiadada 5 medal qazandı
- Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı araşdırma başladı
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Nərimanovda çoxmərtəbəli binanın zirzəmisində yanğın - Sakinlər təxliyə olundu
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı