Avropa Liqasının qrup mərhələsinin sonuna bir oyun qalmış qitə səhnəsində çıxışımızı davam etdirəcəyimiz, minimum UEFA Konfrans Liqasında mübarizə aparacağımız qətiləşdi. Bu, Azərbaycan futbol tarixində “Qarabağ”ın yazdığı növbəti şanlı səhifədir.
BUTA.TV xəbər verir ki, bunu “Qarabağ” klubunun prezidenti Tahir Gözəl "Molde" bərabərliyindən danışarkən deyib.
"Çətin Norveç səfərində qazandığımız 1 xalla turnirdə növbəti mərhəyə çıxmaq şansımızı biraz da gücləndirdik. Hər zamankı kimi meydanda mübariz, cəsarətli, son ana qədər döyüşən bir “Qarabağ” gördük. Bu, məni çox sevindirdi. Komandamın göstərdiyi oyun, qazandığı nəticələr, ortaya qoyduğu birlik ruhu Qurban Qurbanovun şah əsəridir", - T.Gözəl vurğulayıb.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin V turunda Norveçdə "Molde" ilə heçə-heçə edib - (2:2).
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video