Qəbələdə polisə qarşı müqavimət göstərən şəxslərin həbsi, o cümlədən yeniyetməyə zor tətbiq edən polisin daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı insidentin bəzi təfərrüatı ortaya çıxıb.
BUTA.TV-a daxil olan məlumatda bildirilir ki, daxili işlər orqanlarında xaric edilən şəxs Qəbələ Rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin (PPX) əməkdaşı polis serjantı Cavid Abbasovdur. Bildirilib ki, hadisə baş verən gün – dekabrın 2-də Vəndam qəsəbəsində yerləşən restoranlardan birində 12 yaşlı uşağın (D.A. – red.) doğum günü qeyd olunurmuş. Orada səs-küy olması səbəbindən əraziyə PPX əməkdaşları gəlib və tədbirin daha sakit keçirilməsini tapşırıb.
Bu isə məclis sahiblərinin narazılığına səbəb olub və ad günü olan uşağın atası Səxavət Ağayev və əmisi Eldəniz Ağayevlə polis əməkdaşları arasında mübahisə yaranıb. Polis Səxavət və Eldəniz Ağayevləri polis şöbəsinə aparmaq üçün PPX avtomobilinə otuzdurub.
Bu zaman 12 yaşlı uşaq polis əməkdaşını ağır sözlərlə təhqir edərək onlara daş atıb. Polis serjantı Cavid Abbasov isə əsəblərinə hakim ola bilməyib və vəzifə səlahiyyətlərini aşaraq, yetkinlik yaşına çatmayan şəxsi yerə yıxaraq döyüb.
Baş verən insidentlə bağlı sosial şəbəkələrdə görüntülər də yayılıb.
Qeyd edək ki, Daxili İşlər Naziriliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, fakta görə cinayət işi qaldırılıb və iki nəfər (Səxavət və Eldəniz Ağayevlər – red.) həbs edilib.
Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılıb və o, daxili işlər orqanlarından xaric edilib.
- Fəzail Ağamalının oğlu və 12 sədr partiyadan xaric olundu
- Mətbuat Şurası İlham Əliyevə məktub ünvanladı
- Bu tarixdə torpaq hərracları keçiriləcək
- İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi
- Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?
- Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu
- Sadır Japarov İlham Əliyevə məktub ünvanladı
- İlham Əliyev və Şahbaz Şərif birgə nahar etdi