Zəngilan səfəri məndə çox böyük təəssürat yaradıb. Azərbaycanda bu cür genişmiqyaslı bərpa-quruculuq işlərinin birinci dəfədir şahidi oldum.
BUTA.TV xəbər verir ki, bu sözləri dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edən ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayza söyləyib.
“Məni heyran edən ikinci məqam həmin bu genişmiqyaslı prosesin regionda davam edən mina təhlükəsi dövründə baş tutmasıdır. Çünki Ermənistan tərəfi hələ də dəqiq mina xəritələrini Azərbaycana təqdim etməyib və bu, insanların qayıtması üçün böyük təhlükə yaradır. Buna baxmayaraq, bərpa və quruculuq işləri sürətlə və uğurla davam edir”, - deyə M.Brayza qeyd edib.
Beynəlxalq ekspert bildirib ki, müasir tarixdə tamamilə dağıdılmış və o qədər böyük əraziyə bənzər bir nümunə olmayıb. İndi isə bu ərazi yenidən qurulacaq və öz doğma torpaqlarına qayıdan insanlar üçün normal həyat şəraiti yaradılacaq.
- Bu yerlərdə qiymətlər 15% qalxacaq - Video
- Ət bazarında bahalaşma riski - Video
- Beşini vurdular, dördü sayıldı - Video-Yenilənib
- Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər - Yenilənib
- “AzDrama”dan Mehriban Xanlarovanın işlə bağlı müraciətinə - Cavab
- İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
- MN həftəlik icmalını təqdim etdi - Video
- Masazırda azyaşlı vuruldu, polis hərəkətə keçdi