Prezident İlham Əliyevn ötən gün imzaladığı sərəncamla prezident seçkilərinin tarixini 1 ildən çox qabağa çəkməsi, növbədənkənar prezident seçkilərini 7 fevrala təyin etməsinin müxtəlif səbəbləri haqda ehtimallar artıq səslənməkdədir.
BUTA.TV xəbər verr ki, diqqətçəkən məqamlardan biri də xüsusilə regional güclərin – Rusiya, İran və Türkiyənin 2024-cü ilin ilk rübündə seçkiyə girməsidir.
Belə ki, Rusiyada 17 martda prezident, İranda 1 martda parlament, Türkiyədə isə 31 martda bələdiyyə seçkiləri keçiriləcək. Başqa sözlə, Cənubi Qafqazın qonşuları olan ölkələr martdan sonra daxili siyasi prosesləri tamamlayaraq, artıq tam şəkildə xarci siyasətə istiqamətlənə biləcəklər.
Bölgəyə təsir imkanları olan daha bir ölkə - ABŞ-da da 2024-cü ildə prezident seçkiləri keçiriləcək və artıq seçki hazırlıqlarına da başlanılıb.
Beləliklə, regional güclər 2024-cü ilin birinci rübündən sonra, Qərbin əsas aparıcı gücü isə ilin sonuna doğru diqqətini xarici siyasətə tam toplamaq fürsəti əldə edəcək. Məhz bu zaman Azərbaycan əvvəlcə parlament (2025-ci ilin fevralında keçirilməlidir), ardınca isə prezident seçkiləri (2025-ci ilin aprelində keçirilməli idi) ilə daxilə köklənməyə məcbur olacaqdı.
Prezident İlham Əliyev 2024-cü ilin 7 fevralına növbədənkənar prezdent seçkiləri təyin etməklə faktiki olaraq qonşularda seçki startı başladığı anda eyni prosesi Azərbaycanda da tamamlamaq qərarı verdi. Həm də İran, Rusiya və Türkiyədəki seçkilərdən daha əvvəl artıq Azərbaycanda seçki prosesi tam başa çatmış olacaq.
Başqa sözlə desək, Azərbaycan “3+3” formatındakı ikinci “komponent” (+3) ölkələrdən daha sürətli şəkildə daxili siyasi prosesi tamamlayaraq, regional layihələrdə qətiyyətli siyasətini davam etdirmək fürsəti əldə etmiş olur.
Əlbəttə, digər ehtimallar da gözardı edilə bilməz ki, bu haqda artıq yazmışıq.
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!