Saat 00:00 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus lokomotiv Tovuz-Qovlar mənzilində hərəkətdə olarkən 1998-ci il təvəllüdlü Tovuz rayonu Hacıhəsənli kənd sakini Eldəniz İsmayıl oğlu Cəfərov dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
BUTA.TV xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs hadisə yerində dünyasını dəyişib.
ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırıb:
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
“Piyadaların yol hərəkəti qaydalarına riayət etməsi yalnız hərəkətin təşkili, infrastruktur və digər amillərə deyil, onların şəxsi məsuliyyət hissinə, ictimai davranış vərdişlərinə daha çox bağlıdır.
Qış mövsümünün başlanmasını nəzərə alaraq bir daha piyadalara səslənirik: Dəmir yolu xətlərini müəyyən olunmuş piyada keçidlərindən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün dəmir yolunu keçərkən ondan istifadə etməkdən çəkinin, qəflətən qatarın yoluna çıxmayın”.
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi