Rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il, 31 oktyabr 2022-ci il tarixli bəyanatlarından ibarət üçtərəfli sazişlər kompleksindən imtina etmək cəhdlərini təhlükəli hesab edir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova şərhində bildirib.
"Bu, Ermənistan-Azərbaycan normallaşmasının bütün əsas sahələrini əhatə edir: iqtisadi və nəqliyyat əlaqələrinin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, sülh müqaviləsinin bağlanması və ictimaiyyət və ekspert dairələrinin nümayəndələri arasında dialoqun inkişaf etdirilməsi. Bu sazişlər qüvvədə qalır", - M.Zaxarova qeyd edib.
"Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmamasını nəzərə alaraq, biz bu mühüm sənədləri inkar etmək cəhdlərini son dərəcə təhlükəli hesab edirik. Belə bir addım qaçılmaz olaraq, ilk növbədə Ermənistanın özü üçün ciddi risklərlə nəticələnəcək. Qərb psevdovasitəçilərinin köməyi ilə bu çağırışları dayandırmaq mümkündür. ABŞ və Aİ Rusiyadan fərqli olaraq, Ermənistana və Cənubi Qafqazın digər dövlətlərinə sülh və sabitlik gətirməyə çalışmırlar, onların vəzifəsi bizi və digər regional oyunçuları Balkanlar, Yaxın Şərq və Ukraynadan sonra yeni bir gərginlik mənbəyi yaratmağa çağırmaqdır”, - Rusiya XİN nümayəndəsi vurğulayıb.
- Ət bazarında bahalaşma riski - Video
- Beşini vurdular, dördü sayıldı - Video-Yenilənib
- Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər - Yenilənib
- “AzDrama”dan Mehriban Xanlarovanın işlə bağlı müraciətinə - Cavab
- İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
- MN həftəlik icmalını təqdim etdi - Video
- Masazırda azyaşlı vuruldu, polis hərəkətə keçdi
- Dübəndidə dəniz sahilinə neft qalıqlarının yığılmasının səbəbi - Açıqlandı