Rusiya Prezidenti Vladimir Putin hər dəfə “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb” cümləsini elə işlədir ki, sanki qeyri-adi hadisə baş verib. Ermənistan müharibədə məğlub olub və bu ölkənin Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaq məcburiyyətində qalıb.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Vladimir Putinin bu gün keçirdiyi illik mətbuat konfransında bu mövzudakı sözlərini şərh edərkən deyib.
“Putinin geniş mətbuat konfransındakı sonrakı cümləsi də düşündürücüdür: “Qarabağdan imtina edən biz deyildik. Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bunu bəyan edərkən Rusiyaya məlumat verilməyib”. Kreml sahibinin məntiqinə görə, İrəvan Qarabağdan imtina etməsəydi, Rusiya Azərbaycanın öz ərazisi üzərində suverenliyinin bərpasına imkan verməyəcəkdi”, - politoloq bildirib.
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı