Azərbaycana qarşı yeni oyun: bu dəfə nəyə əl atılır?

10:28 - 15 Dekabr 2023 - SİYASƏT

 Azərbaycana qarşı yeni oyun: bu dəfə nəyə əl atılır?

1960-cı il dekabrın 14-də yenicə suverenlik əldə etmiş ölkələrin təşəbbüsü ilə BMT Baş Assambleyası "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə" adlı 1514 (XV) saylı qətnamə qəbul edib.

Bu qətnamədən əvvəl 1952-ci il 16 dekabrında "Xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında" 637 (VII) saylı qətnamə qəbul edilmişdir.

14 dekabr 1960-cı il tarixli qətnamədən 63 il sonra Fransa imperiyasının mənimsədiyi son müstəmləkə ölkələrinin (Polineziya, Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Qvadelupa, Korsika, Mayot) əhalisi, keçmiş müstəmləkələrdən Seneqal və Əlcəzairin nümayəndələri və təxminən on beş başqa ölkədən iştirakçılar aidiyyəti ölkələrdə müstəmləkə sisteminin hələ də davam etdiyini bir daha təsdiqləmək, eləcə də azadlıq və demokratiya dəyərlərini uca səslə iddia edən və əsas hüquqları pozan Fransa dövlətinin siyasətini pisləmək üçün bir araya gəliblər.

Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində dekabrın 14-də "Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik" mövzusunda keçirilən beynəlxalq konfransın Yekun Bəyannaməsi qəbul olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

Sənəd rutin açıqlama deyil. Çünki mövcud dünya düzənindəki problemlər arasında ən ağır və ən fəsadlılardan biri müstəmləkəçiliyin yeni forması, neokolonializmdir.

İnkişaf etmiş dövlətlər öz mənafelərini təmin etmək, merkantil maraqlarını reallaşdırmaq üçün inkişaf etməkdə olan ölkələrin müstəqilliyini zəiflətməyə, suverenitetinə müdaxilə etməyə çalışır.

Fransız siyasi düşünər və hüquqşünas J.Boden 1576-cı ildə "Respublika haqqında altı kitab" əsərində katolik kilsə ilə mübahisəyə girmiş, Vatikanın Avropa ölkələrindəki ali hakimiyyətə iddialı olduğunu, hökmdarları təyin edərək onları devirmək üçün bütün vasitələrə əl atdığını yazmışdı.

Bodenə görə, dövlətin suvereniteti müstəqilliyin bölünməzliyi, fasiləsizliyi və təminatlı olması idi.

Fransız filosof Jan-Jak Russo isə 18-ci əsrdə "xalq suvereniteti" anlamının müəllifi olmuşdu. Onun fikrincə, suveren və ümumi fikrin daşıyıcısı kimi xalqı yalnız xalqın özü təmsil edə bilər: dövlətin müstəqilliyi də elə budur.

Hazırkı dövrdə isə neokolonializmin iki növü var: hərbi-siyasi və maliyyə-iqtisadi. İnkişaf etmiş dövlətlər, xüsusilə də kollektiv Qərb onların diktəsinə tabe olmayaq istəməyən, müstəqilliyini qorumağa çalışan ölkələri birbaşa siyasi, iqtisadi və ya hərbi müdaxilə vasitəsilə ram etməyə çalışır.

Eyni zamanda, "dikbaş" dövlətlərin müstəqillikdən faktiki məhrum edilməsində kreditlər və borclamalar, böyük Qərb şirkətlərinin yerli nümayəndəliklərinin yaradılması, birgə şirkətlərin təsis edilməsi, hədəfə alınmış ölkədən kapital axınının təşkili və s. kimi məqamlardan da istifadə olunur.

Hədəf ölkədə eyni zamanda korrupsiyaya qarşı mübarizə və vətəndaş hüquqlarının müdafiəsi şüarları altında çoxsaylı qeyri-hökumət təşkilatları yaradılır, onlar şəbəkələşdirilir, müxalifətdəki siyasi partiyalara külli miqdarda "maliyyə yardımları" edilir, siyasi elitalara təzyiqlər göstərilir.

Neokolonializmin faktiki təsdiqi ilə yanaşı, cəhdləri də var.

Məsələn, əgər Fransa Afrika, Sakit Okean, Karib hövzəsi və s. məkanlardakı kiçik dövlətləri faktiki istila edibsə, həmin ölkələrin təbii sərvətlərini vəhşicəsinə istismar edirsə, Cənubi Qafqazda fərqli siyasət yürüdür.

Rəsmi Paris Erməntstana tam dəstək verərək erməni siyasi isteblişmentini vədlərlə və pullarla şirnikdirir, marionetinə çevrilmiş siyasətçilərlə dövlət mənsublarının mövqelərini möhkəmlətmək üçün cəmiyyətdə süni münaqişələr yaradır, Ermənistan ordusunun qalıqlarını sürətlə silahlandırır, "qarabağlı ermənilərə humanitar yardımlar" pərdəsi ilə İrəvanın daxili siyasi gündəmində manripulyasiya imkanlarına yiyələnir.

Ən təhlükəlisi isə Avropa İttifaqından yararlanan Fransanın "Cənubi Qafqazda sülh və stabilliyinin təminatına nail olmaq" adı ilə gərginliyi artırmağa, risklərin sayını çoxaltmağa can atmasıdır.

Təəccüblü heç nə yoxdur: Ermənistan tipik neokolonializm qaydaları ilə təsir altına salınır. Neokolonializmin adi, "köhnə" müstəmləkəçilikdən əsas fərqi "qurban" seçilmiş ölkədə məhz metropoliyanın maraqlarını qoruyan yerli elitaların yetişdirilməsidir.

Zahirən Ermənistanı yerli titul xalqın nümayəndələri, yəni ermənilər idarə edirlər və formal olaraq suverenitetlə müstəqillik mövcuddur. Lakin İrəvandakı siyasi isteblişment bütünlüklə rəsmi Parisin göstərişlərini yerinə yetirir, Emmanuel Makronun təlimatları əsasında hərəkət edir. Bu səbəbdən Ermənistanın kabız üzərindəki suverenliyi və müstəqilliyi fiksiyadır.

Üstəlik, Ermənistanda neokolonializmə məruz qalan ölkənin bütün təzahür elementləri var: fundamental elmin və ixtiraların minimal sayı ilə səviyyəsi, əhalinin yaşam sürəyinin və həyat səviyyəsinin aşağı olması, sakinlərin sadələşdirilmiş standartlar əsasında hazırlanmış ərzaq məhsullarından istifadə etmələri, təhsil və səhiyyənin çox aşağı səviyyədə olması, "hami" dövlətlərin maraqlarından asılı xarici siyasət, intellektual və təbii resursların başqa dövlət istismar olunması, əhali arasında mühacirət və ölkəni tərk etmək niyyətində olanların sayının çoxluğu, ümidsizlik, aqressiya, habelə millətçilik, şovinizm və etnik zəmində dözülməzlik ideyalarının geniş yayılması və s.

Kollektiv Qərb təkidlə və israrla bəyan edir ki, xalqın milli suverenitet anlayışı sən demə, qloballaşan dünyanın çağırışlarına və açıq cəmiyyət tələblərinə tabe olmalıdır. Yəni inkişaf etməkdə olan ölkələrin milli elitaları bu tələbləri mənsub olduqları xalqın mənafelərindən üstün tutmalıdır.

Məhz bu səbəbdən kollektiv Qərb aqressiv, ekspansionist siyasət yürüdür, Fransa isə ümumiyyətlə, "mənimlə olmayan mənə qarşıdır" prinsipli geosiysi strategiyanı normal hesab edir.

Qloballaşma prosesləri gücləndikcə böyuk dövlətlərin Cənubi Qafqazdakı manevrləri də artacaq, iştahları böyüyəcək. Belə vəziyyətdə əsla şübhə yoxdur ki, onlar Azərbaycan cəmiyyətindəki "beşinci kolon"u aktivləşdirərək hakimiyyəti zəfilətməyə, radikal qrupları və heç biro sosial baza ilə elektroal dayaqlara malik olmayan cib siyasətçilərini maliyyələşdirərək süni gündəmlər formalaşdırmağa çalışacaqlar.

Məqsəd Azərbaycanın suverenitetini zəiflətmək, müstəqil siyasətinə mane olmaqdır.

Fəqət, mənasız istəklərdir, çünki Azərbaycandakı idarəetmə sisteminin doktrinası milli qanunvericiliyin beynəlxalq hüquqi aktlar və anlaşmalar üzərində üstünlük təşkil etməsi prinsipidir.

Kollektiv Qərb və bir sıra beynəlxalq təşkilatlar bu məqamı Azərbaycana irad tutaraq milli qanunvericilikdə "zəruri dəyişikliklər" edilməsini tələb etsələr də, onların bəyanatlarını rəsmi Bakı ciddiyə almır.

Səbəb sadədir: inkişaf etmiş dövlətlərin heç birinin (!) konstitusiyasında beynəlxalq müqavilələrin, anlaşmaların və sazişlərin milli qanunvericiliklə müqayisədə prioritet təşkil etməsi ilə bağlı müvaifq maddə yoxdur.

Bizdən isə tələb olunur ki, həmin dövlətlərin özlərinə rəva görmədiklərini edək, Azərbaycanı beynəlxalq təşkilatlardan tam asılı vəziyyətə salaq.

Olmayacaq və olan da deyil: Fransa kimi dövlətlərin və bir sıra beynəlxalq təşkilatların isterik davranışlarına rəğmən...

Elçin Alıoğlu
TREND


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol