Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün qış çempionu bəlli olub.
BUTA.TV xəbər verir ki, buna XVII turun “Turan Tovuz” – “Zirə” matçının (1:0) nəticəsi səbəb olub.
Bakı klubunun məğlubiyyətindən sonra “Qarabağ”ın qış fasiləsinə birinci yerdə yollanacağı dəqiqləşib. 35 xalı olan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv ikinci sırada qərarlaşan “Zirə”ni 6 xal qabaqlayır.
“Qarabağ” tarixində 10-cu dəfə yeni ili lider kimi qarşılayacaq. Ağdam klubu 2004/05, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2019/20, 2021/22 və 2022/23 mövsümlərinin ilk yarısını da zirvədə tamamlayıb.
Bununla da “Qarabağ” 9 dəfə qış çempionu olan “Neftçi”ni qabaqlayaraq, yeni rekorda imza atıb.
- Trampın anonsu: Putin necə qisas alacaq? – Markov
- Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert
- Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?
- “Melissa Group”un vətəndaşın başına uçurduğu ev sökülür
- Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok
- Azərbaycan XİN Danimarkanı təbrik etdi
- Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı
- Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi