“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
BUTA.TV xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan çempionu Portuqaliya klubu “Braqa”ya rəqib olub.
UEFA Çempionlar Liqasında yer aldığı qrupda üçüncü yeri tutan portuqallarla ilk görüş 2024-cü il fevralın 15-də səfərdə gerçəkləşəcək. Ağdam təmsilçisi fevralın 22-də Bakıda cavab qarşılaşmasına çıxacaq.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında yer aldığı H qrupunu 10 xalla ikinci pillədə başa vurub.
- Prokurorluğa qəbulla bağlı imtahan nəticələri açıqlandı
- Delimitasiya ilə bağlı mühüm razılaşma...
- Ölkədə bu qurum bağlanır? - Rəsmi cavab
- Ramiz Mehdiyev bu vəzifədən də çıxarıldı - Sərəncam
- Dənizdə külək enerjisi layihəsinə dair müqavilə imzalandı
- İlham Əliyev Szinpinə başsağlığı verdi
- Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...
- Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video