Dekabr ayının 19-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xəyal Əzim oğlu Həsrətovun səhhəti qəfil pisləşib.
BUTA.TV xəbər verir ki, bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb. Hərbi qulluqçuya ilkin tibbi yardım göstərilərək dərhal xəstəxanaya təxliyyə edilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda əsgər Xəyal Həsrətovun ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib.
- Rusiya gəmisi vuruldu, İstanbula yan aldı
- Türkiyədə bir sıra konsertlər ləğv edildi
- Ata-anası “Sədərək”dən cehiz almağa getdi - 17 yaşlı qız sığınacağa qaçdı
- Əliyevalar klassik avtomobil sərgisində - Fotolar
- Rusiya meşə yanğını yaşayış sahələrinə çatır
- Rusiya danışıqlara açıqdır - Kreml
- Hörmüzdə neft tankeri hücuma məruz qaldı
- Marseldə atışma: ölən və yaralananlar var