2024-cü il yanvarın 1-də Qarabağdakı keçmiş qondarma qurumun ləğvi barədə qərar qüvvəyə minməlidir. 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərindən sonra qondarma "Artsax" özünü buraxmaq barədə qərar qəbul edib.
"2024-cü il yanvarın 1-dək “Artsax respublikası”nın tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin və “Artsax respublikası”nın mövcudluğu dayandırılsın", - qərarda belə deyilir. Sənədi hazırda Ermənistanda olan separatçıların sonuncu "rəhbəri" Samvel Şahramanyan imzalayıb.
Ancaq bir müddət əvvəl Şahramanyan özünün imza atdığı sənədi şübhə altına almağa başlayıb. Erməni mətbuatında yayılan məlumatlara görə, Ermənistandakı Qarabağ klanının nümayəndələri və digər xarici güclər onu sənədi ləğv etməyə məcbur edir.
Bir neçə gün əvvəl “Hraparak” qəzeti yazıb ki, separatçıların "parlament"inin üzvləri yenidən Samvel Şahramanyanla görüşüb. Görüş zamanı Şahramanyanın "Artsax"ı ləğv etmək qərarının taleyi müzakirə olunub. Məlumata görə, Şahramanyan müzakirələr zamanı qərarı barədə çox danışmayıb. Sadəcə, qərarın özü tərəfindən verildiyini, nəticələrinə görə məsuliyyət daşıdığını bildirib. O qeyd edib ki, nə etməli olduğunu bilir.
BUTA.TV xəbər verir ki, Ermənistanın "Joğovurd" qəzeti bu gün diqqətəlayiq məqalə dərc edib.
Məqalədə Şahramanyanın imzalandığı qərarın "heç bir hüquqi qüvvəyə malik olmadığı" iddia edilib.
Nəşr yazır ki, Şahramanyanın imzaladığı sənədin ləğvi barədə qərar qəbul edilib.
"Llakin nədənsə "Artsax hökuməti" onu dərc etməkdən yayınır. Artsaxın ləğvi sənədinin qüvvəyə minməsinə çox az vaxt qalıb və onların necə hərəkət edəcəyini zaman göstərəcək”, - məqalədə bildirilir.
Təbii ki, Azərbaycan artıq öz suverenliyini bərpa edib və Qarabağ separatçılardan təmizlənib. Ermənistan hakimiyyəti Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan edir. Ancaq ölkəsində separatçılıq fəaliyyətinə imkan yaradan Paşinyan hökumətinin sülhdə nə qədər maraqlı olması hələlik məlum deyil...
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək