Dünyanın ən bahalı futbolçuları bəlli olub.
BUTA.TV xəbər verir ki, “transfermarkt” saytının açıqladığı siyahıda ilk pilləyə 3 oyunçu iddia edir.
Bunlar Fransa PSJ-sindən Kilian Mbappe, İngiltərənin “Mançester Siti” klubundan Erlinq Holann və İspaniya “Real Madrid”indən Cud Bellingemdir. Hər üç futbolçunun hazırkı qiyməti 180 milyon avrodur.
Bunadək Bellingemin dəyəri 150 milyon avro idi. Cari mövsümün əvvəlində Almaniyanın “Borussiya” (Dortmund) klubundan La Liqa təmsilçisinə keçın ingiltərəli yarımmüdafiəçinin qiyməti 30 milyon avro artıb.
O, “kral klubu”nun heyətində 21 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Real Madrid”lə 2029-cu ilin yayınadək müqaviləsi var.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video