Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə 2024-cü ilin yanvar ayı üçün biletlər 28 dekabr saat 11:00-da satışa çıxarılacaq.
BUTA.TV xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Təhlükəsizliyin təmin olunması, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada ala bilərlər.
Dayısı oğlu 13 yaşlı qızı zorladı, qız hamilə qaldı - Azərbaycanda RƏZİLLİK
Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 664 reys həyata keçirilib, 27 229 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.
- Sabah bu ərazilərə sulu qar yağacaq
- Polad Bülbüloğlu MM-də bu komitənin sədri seçildi
- Sərhədin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi
- Məşhur dərman şirkəti buna görə cərimələndi
- MİS rəisi, serjant özünü elə aparır ki... - Zülfüqarov
- AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat aldı
- Məktəbdə dava: Şagirdi sinif yoldaşının atası döydü
- Milli Məclisin komitələrinə sədr seçilir