Kolleclərin böyük əksəriyyəti müasir dövrün çağırışlarına cavab vermir və maddi texniki bazaları zəifdir, əmək bazarı ilə ayaqlaşmır.
BUTA.TV xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
“Ölkəmizdə hazırda 55 orta ixtisas təhsili müəssisəsi - kollec var. Burada 62.423 subbakalavr - tələbə təsil alır. Onların mütəxəssis kimi yetişməsilə 6078 müəllim məşğul olur”, - Əsədov bildirib.
Onun sözlərinə görə, təhsilin əlçatanlılığı üçün müəssisələrin təhsil haqqının az olması vacibdir:
“Cəmiyyətin kollec ilə bağlı düşüncəsi və yanaşması müxtəlifdir. Bəziləri elə düşünür ki, kolleclər lazım deyil və bilik, bacarıqları zəif olanlar burada təhsil alır. Bir məqamı qeyd edim ki, müzakirə olunan Təhsil haqqında qanun qəbul olunandan sonra kolleclərin bir pillə olaraq mövcudluğu sual altına düşəcək və kolleclərin ləğv olunacağını da demək olar. Belə ki, onlar universitetlərin daxilində bir pillə kimi olacaqlar”.
- Məşhur şadlıq sarayı 3,5 milyona satılır
- Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
- Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı oldu - Foto
- Biləcəridə metroya yaxın mənzil almaq istəyənlər üçün seçimlər...
- "Azercell"dən illik “ZengimCELL” xidməti
- Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”
- Biləcəridə metroya yaxın mənzillər - Bu layihələr alıcıları cəlb edir
- Doğma torpağında xidmət edən gəncin bir günü - Video