Ermənistan tərəfinin rəsmi məlumatına görə, Sankt-Peterburqda İlham Əliyevlə Nikol Paşinyan arasında qeyri-rəsmi görüş keçirilib. Tərəflər sülh gündəliyini müzakirə edib. Bu, Qarabağda erməni separatizminin ləğvindən sonra tərəflər arasında ilk görüşdür.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib. “Əsas diqqətçəkən məqam görüşün ikitərəfli formatda keçirilməsi, Putinin iştirak etməməsidir. Görünür, Sankt-Peterburqdan sonra Qərbin görüş təşkilində israr edəcəyi gözləntisinə qarşı üçüncü tərəflərin prosesdə iştirak etməməsi prinsipi qorunub. Putin üçün hazırda əsas olan görüşün Rusiyada baş tutmasıdır”.
Qeyd edək ki, 26 dekabrda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammiti baş tutub.
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı