Rus işğalçılar Ukraynaya qarşı müharibədən əl çəkənə qədər onları itkilərə məruz qoymaqda davam etməliyik.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı bildirib.
Zalujnı qeyd edib ki, cəbhədə rus hərbçilərin cəsədləri üst-üstə yığılıb qalıb, lakin qarşı tərəf hərbçilərin cəsədlərini götürməyə belə cəhd göstərmir:
"Artıq bir dəfə demişdim ki, bu, mənim əsas səhvlərimdən biridir, inanırdım ki, hətta bir il əvvəl düşmənə verdiyimiz itkilərlə müharibəni dayandırmaq olar. Bu qədər itkilər istənilən ölkəni dayandıra bilər, amma mən başa düşürəm ki, bu, Rusiya Federasiyası deyil".
Zalujnı əlavə edib: "Onlar hər gün daha çox görünürlər və təəssüf ki, Rusiya Federasiyasının öz xalqına münasibəti belədir".
- Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi
- Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi
- Ərdoğandan Zəngəzur açıqlaması: Problem yoxdur…
- İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan
- İlham Əliyev Pekində belə qarşılandı - Video
- İlham Əliyev Pekinə dünyanın ən sürətli qatarı ilə getdi - Video
- Dehli bu səbəbdən Bakının üzvlüyünü blokladı
- İrandan Zəngəzur açıqlaması: Türkiyə ilə birgə…