Kişilərdə onkoloji proseslərin inkişafına həyat tərzi və keyfiyyəti çox təsir edir.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, onkoloq Yelizaveta Vasilyeva kişilərdə tarix boyu hansı xərçəng növlərinin daha çox aşkarlandığını açıqlayıb.
“Kişilərdə bütün onkoloji xəstəliklər içində birinci yerdə ağciyər xərçəngi gəlir. Bunun da səbəbi siqaret, nikotindir. Hər gün siqaret çəkənlərdə bu risk 9 dəfə artır. Müntəzəm olaraq evdə siqaret tüstüsünə məruz qalanlar da risk altındadır. Eləcə də kişilərdə zərərli istehsalatda işləmək də ağciyərlərdə şiş yarada bilir.
İkinci yerdə - prostat xərçəngi gəlir. Kişinin yaşı artdıqca risk artır. Kişilər simptom olmasa belə ildə 1 dəfə PSA testi verməlidir.
Üçüncü yerdə dəri xərçəngi gəlir. Kişilər çox günəş altında olduğu və demək olar ki, gündən qoruma kremi çəkmədiyi üçün bazalhüceyrəli xərçəng boyun, burun və başda yaranır”, - o bildirib.
- Sabah güclü külək əsəcək - Xəbərdarlıq
- Nigar Fərhadın əri həbs edildi
- Məşhur şadlıq sarayı 3,5 milyona satılır
- Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
- Türkiyə Hərbi Hava Qüvvələrinin ilk qadın generalı oldu - Foto
- Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”
- Doğma torpağında xidmət edən gəncin bir günü - Video
- Azərbaycanlı gənc Kembric Universitetinə qəbul oldu - Foto