Populyar tərəvəz düşünüləndən daha faydalıdır.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri hansı tərəvəzin Yeni ildə daha faydalı ola biləcəyini müəyyənləşdirib.
Alimlər yerkökündə güclü antixərçəng təsiri aşkarlayıblar. Adətən kökdə olan beta karotini orqanizmə faydalı hesab edirlər. Amma beta karotinin xərçəngə təsiri sübut olunmayıb. Düzdür onun ürəyə, sümüklərə, gözə faydası var. Lakin kökdə olan digər aktiv maddı – poliasetilenlər xərçəng hüceyrələrinə qarşıdır.
Alimlər kökə aid 200 meqa tədqiqatın nəticələrini təhlil ediblər. Ümumilikdə 4,7 milyon insanın məlumat bazası yoxlanılıb. Nəticə göstərib ki, gündə 80 qram, həftədə 400 qram kök istənilən tip xərçəng növü riskini 20% azaldır. Hətta gündə 1 ədəd kök belə xərçəngi 4% azalda bilir. Fərqi yoxdur, kökü çiy və ya bişmiş formada yemək olar. Ona görə yeni ildən kök yeməyə vərdiş edin.
- Mehdiyev yenə ifadə verdi - İstintaqa əsa ilə gedib
- MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...
- Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?
- Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir
- Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video
- Gəncədə törədilən növbəti terrordan beş il ötür
- Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama
- Zakir Qaralovun şirkətləri qara siyahıya salındı