“Rusiya prezidenti Vladimir Putin Yeni il münasibətilə Avropa liderlərindən yalnız Serbiya prezidenti Aleksandr Vuçiçi və Macarıstanın baş naziri Viktor Orbanı təbrik edib. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə və üzləşdiyi sanksiyalar fonunda bu, təbiidir”.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloq bildirib ki, Kreml sahibinin Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanla Serj Sərkisyanı təbrik etməsi də qeyri-adi deyil:
“Putin bununla demək istəyib ki, Rusiya öz adamlarını unutmur. Putinin imkanı olsaydı, baş nazir Nikol Paşinyanı devirib yaxın dostu Köçəryanı Ermənistanda hakimiyyətdə oturdardı. Ancaq Köçəryanın və Sərkisyanın erməni cəmiyyətində heç bir nüfuzu qalmayıb. Buna baxmayaraq, Putin Köçəryanı hələ dəftərindən silməyib və bu təbrik də Paşinyana mesajdır”.
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı