Masallı rayonunda zəncirvari yol qəzası baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Boradigah qəsəbəsində qeydə alınan hadisədə Masallı rayon sakini, 1976-cı il təvəllüdlü Şahhüseyn Adil oğlu Nurullayevin idarə etdiyi "Hunday", 1990-cı il təvəllüdlü Ramal Məzahir oğlu Sadıqovun idarə etdiyi "Mersedes" və 1960-cı il təvəllüdlü Həsən Qələm oğlu Nəzərovun idarə etdiyi VAZ-2106 markalı minik avtomobilləri toqquşub.
Nəticə 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar - "Hunday" və "Mersedes"in sürücüləri, eləcə də sərnişinlər - Türkoba kənd sakini, 1973-cü il təvəllüdlü Bəhruz Adil oğlu Nirulayev və Tüklə kənd sakini, 1969-cu il təvəllüdlü Nəsib Süleyman oğlu İsmayılov Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır
- Bazar günü hava necə olacaq?
- Bəzi ərazilərə yağış yağıb, külək əsib
- Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir
- “Üç ildə ümumilikdə 16 dəfə səfər etmişəm” - Video
- Bakıda oğul anasını öldürdü - Görün, kim imiş...
- 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva
- MİQ-in nəticələri elan edildi
- DYP-dən sürücülərə müraciət