Sabirabadda bir nəfərin ölümcül yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Minbaşı-Qarağac kəndi istiqamətində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106 markalı avtomobil “Hunday” markalı avtomobillə toqquşub. Qəza nəticəsində rayonun Azadkənd kənd sakini 1998-ci il təvəllüdlü Nəbi Bəxtiyar oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Həkimlərin səyinə baxmayaraq, N.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb
Faktla bağlı araşdırma aparılır.
- Bazar günü hava necə olacaq?
- Bəzi ərazilərə yağış yağıb, külək əsib
- Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir
- “Üç ildə ümumilikdə 16 dəfə səfər etmişəm” - Video
- Bakıda oğul anasını öldürdü - Görün, kim imiş...
- 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva
- MİQ-in nəticələri elan edildi
- DYP-dən sürücülərə müraciət