Türkiyənin 2023-cü ildə ixracatı əvvəlki ilə nisbətən 0,6 faiz artaraq ölkə tarixində rekord səviyyəyə – 255,809 milyard dollara çatıb.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Beləliklə, bu rəqəm bizim orta müddətli proqramımızın 255 milyard dollarlıq hədəfini üstələyib”, - deyə o, İstanbulda çıxışı zamanı bildirib.
Ərdoğan 2023-cü ildə ölkənin xarici ticarət kəsirinin illik müqayisədə 3,2% azaldığını vurğulayıb.
Onun sözlərinə görə, pandemiyadan əvvəlki dövrlə müqayisədə son 3 ildə 4 milyondan çox əlavə iş yeri yaradılıb.
- Bazar günü hava necə olacaq?
- Bəzi ərazilərə yağış yağıb, külək əsib
- Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir
- “Üç ildə ümumilikdə 16 dəfə səfər etmişəm” - Video
- Bakıda oğul anasını öldürdü - Görün, kim imiş...
- 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva
- MİQ-in nəticələri elan edildi
- DYP-dən sürücülərə müraciət