Fransadakı soydaşlarımız meriyaya etiraz etdi

20:30 - 3 Yanvar 2024 - GÜNDƏM

 Fransadakı soydaşlarımız meriyaya etiraz etdi

Fransanın Evian-lö Bən şəhər meriyasının “Azərbaycan Parkı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan Azərbaycan icmasını hiddətləndirib.

BUTA.TV xəbər verir ki, Fransa Azərbaycanlıları Koordinasiya Şurası adından Fransa Xarici İşlər Nazirliyinə, Fransa parlamentinə, Evian-Lö Bən şəhər meriyasına ünvanlanan bəyanatda bu yolverilməz hadisə Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-lö Bən arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasının kobudcasına pozulması kimi qiymətləndirilib. Nəzərə çatdırılıb ki, məhz həmin xartiyaya əsasən 2017-ci ildə bu şəhərdə “Azərbaycan Parkı” açılıb və parkda dünya qadınlarının azadlıq rəmzi olan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.

Azərbaycanla Ermənistanın artıq sülh müqaviləsinin imzalanması üzrə danışıqlar mərhələsində olduğunu, İsmayıllı şəhərinin heç bir vaxt iki ölkə arasında mübahisə obyekti olmadığını xatırladan Koordinasiya Şyrası qeyd edib ki, meriyanın qərarı Ümumi İcma Məcəlləsinin L. 1115-1 maddəsinə ziddir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol