İran Prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə planlaşdırılan səfərini təxirə salıb.
BUTA.TV xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Səfərin təxirə salınmasına səbəb kimi Kirman şəhərində baş verən terror aktı göstərilir.
Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.
- Azərbaycan-Mərkəzi Asiya formatında növbəti mühüm addım
- Bakıda oğul anasını öldürdü - Görün, kim imiş...
- Bayram Məmmədovun anası öldürüldü - Şübhəli qardaşıdır
- 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva
- MİQ-in nəticələri elan edildi
- “9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva
- DYP-dən sürücülərə müraciət
- Nazir ölümündən bir gün öncə onu ziyarət etmişdi... - Fotolar