Bakıda fəaliyyət göstərən bəzi universitetlərin kənara köçürüləcəyi istisna deyil.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
O bildirib ki, bu, Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır:
"İstisna etmirəm ki, bir sıra universitetlər köçürülərək vahid bir kampus çərçivəsində fəaliyyətini davam etdirəcək. Bu həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illərdə bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə bilər".
- İxtisas seçimi qaydalarında yeniliklər tətbiq olunacaq
- Zülfüqar-2026 birgə taktiki təlimi başa çatdı
- "Azercell"in gənc istedadlara dəstəyi beynəlxalq uğurlarla nəticələnir
- 150 balla qəbul mümkün olan ixtisaslar - Rəsmi
- Baş nazir sərəncam imzaladı
- Keçid ballarının artacağı gözlənilir - DİM sədri
- “Keçid ballarının artacağı gözlənilir”
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama