Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunda Türkiyədən İrana gedən yük maşınında patron aşkar edilib.
BUTA.TV-ın komitəyə istinadən verdiyi məlumata görə, Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub.
Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
- Zülfüqar-2026 birgə taktiki təlimi başa çatdı
- "Azercell"in gənc istedadlara dəstəyi beynəlxalq uğurlarla nəticələnir
- 150 balla qəbul mümkün olan ixtisaslar - Rəsmi
- Baş nazir sərəncam imzaladı
- Keçid ballarının artacağı gözlənilir - DİM sədri
- “Keçid ballarının artacağı gözlənilir”
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı