Dünya tütündən istifadəni azaldır - ÜST

20:48 - 16 Yanvar 2024 - GÜNDƏM

 Dünya tütündən istifadəni azaldır - ÜST

Bu gün 1,25 milyard nəfər yetkin şəxs tütün istifadəçisidir və tütün məhsullarından istifadə səviyyəsi azalmağa doğru gedir.

BUTA.TV xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu gün dərc olunmuş hesabatında deyilir.

2000-ci ildə dünyada hər üç şəxsdən biri tütün istehlakçısı idisə, indi təxminən hər beş yetkin şəxsdən biri tütün istehlakçısıdır.

Hesabatda bildirilir ki, artıq 150 ölkə tütün məmulatlarından istifadəni uğurla azaltmaqdadır.

Belə ki, Braziliya və Hollandiya ÜST tərəfindən tövsiyə olunan “MPOWER” tütünə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsindən sonra uğura nail olublar: Braziliyada 2010-cu ildən bəri 35 faiz azalma müşahidə olunub, Hollandiya isə müəyyən edilmiş 30 faizlik hədəfə yaxınlaşır.

Bununla belə, altı ölkədə - Konqo, Misir, İndoneziya, İordaniya, Oman və Moldova Respublikasında hələ də tütündən istifadə hallarında artım müşahidə olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol