Bu həftə Ukraynanın məhv etdiyi Rusiya təyyarələrində düşmən (Rusiya – red.) generallarından birinin uçduğuna dair ilkin sübutlar var.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.
Qurum rəsmisi müvafiq məlumatların 100 faiz etibarlı olmadığını vurğulayıb.
“Təyyarədə Rusiya generallarından birinin olması barədə ilkin məlumatlar var, lakin bunun dəqiqləşdirilməsi tələb olunur”, - o bildirib.
Qeyd edək ki, iki gün öncə Azov dənizi üzərində Ukrayna SQ-nin Rusiyaya məxsus A-50 radiokəşfiyyat təyyarəsi və İl-22 bombardmançısını vurması barədə məlumatlar yayılmışdı.
Bəzi iddialara görə, isə təyyarə məhz Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən hədəf alınıb.
- Zülfüqar-2026 birgə taktiki təlimi başa çatdı
- "Azercell"in gənc istedadlara dəstəyi beynəlxalq uğurlarla nəticələnir
- 150 balla qəbul mümkün olan ixtisaslar - Rəsmi
- Baş nazir sərəncam imzaladı
- Keçid ballarının artacağı gözlənilir - DİM sədri
- “Keçid ballarının artacağı gözlənilir”
- ADY-dən Ağdam–Xankəndi dəmir yolu ilə bağlı açıqlama
- Qırğızıstanda “Baku Resort & Spa” açıldı