Azərbaycanın mövqeyindən asılı olmayaraq Ermənistan tərəfi regionda sülh gündəliyinə sadiqdir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.
"Biz sülh gündəmindən əl çəkməmişik, imtina etmirik və vaz keçməyəcəyik. Bu, çox mühüm bəyanatdır, çünki bu, bizim siyasi baxışımızdır və biz sülh gündəmini Azərbaycanın məntiqinə uyğun olaraq elan etməmişik. Bizim məntiqimizə görə, təbii ki, sülh anlayışı ilə - bu, birtərəfli proses deyil, amma məsələn, Azərbaycan sülh gündəmindən geri çəkilirsə, bu o demək deyil ki, biz də ondan əl çəkməliyik", - o deyib.
Onun fikrincə, belə olan halda, daha dərin əsaslandırmalar və daha çox arqumentlər gətirmək lazım gələcək.
- Arzum qəza anından danışdı
- Külək nə vaxt zəifləyəcək? - Açıqlama
- “Vital Hospital”da yoxlama: qanun pozuntuları aşkarlandı
- Bakıda bu ərazidə yanğın başladı
- “İnsan həyatı üçün ciddi təhlükə var” - Həmin klinikada yoxlama
- Sabah hava necə olacaq?
- Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
- Nuhi Abdinov nazir müavini təyin edildi - Sərəncam